Novruz bayramı

Milli və tarixi adət-ənənələrimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı Respublikamızın bütün məktəblərində qeyd olunur.36 №-li məktəbdə də 17 mart 2016- cı il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Bağıyeva Aytən və İbtidai sinif müəllimi Qurbanova Zinyət müəllimin təşəbbüsü ilə Novruz bayramı şənliyi keçirildi. Şənlikdə 4a, 5a, 6a, 6b, 7c sinif şagirdləri iştirak edirdi. Novruzun qədimliyindən,adət-ənənələrindən, atributlarından, şirniyyatlarından danışan şagirdlər baharın gəlişi ilə əlaqədar şerlər, mahnılar söylədilər. Fala baxma, qapı pusma, xoruz döyüşdürməsi, keçəl və kosanın deyişməsi, Hakıştalar şagirdlər tərəfindən çox gözəl nümayiş etdirildi. Səməni rəqsi, Yallı, Nəlbəki rəqsi tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı. Tədbir Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir - duası ilə başa çatdı.Sonda məktəbin direktoru İradə Babayeva çıxış edərək bütün tədbir iştirakçılarının bayramını təbrik etdi. Tədbirdə əməyi keçən müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirdi.Biz də məktəbimiz adından Azərbaycan xalqının bayramını təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi