e Twining
Təhsil Nazirliyi tərəfindən keçirilən layihələrdə iştirak etmək şagirdlərimizin ilkin bacarıqlarının təkmilləşməsinə, onların dünyaya inteqrasiya etmələrinə, özünü məktəbini və ölkəsini təqdim edə bilmə bacarığına yiyələnmələrinə münbit şərait yaradır. e Twining üzrə reallaşdırdığımız "Əngəlsiz hədəflər" layihəsinin məqsədi isə bütün uşaqlar kimi əlilliyi olan uşaqlarında öz bacarıqlarını inkişaf etdirmək və arzularını reallaşdırmaq üçün belə layihələrdə iştirak etməyə ehtiyacı olduqlarını, əlilliyi olan uşaqların da cəmiyyətə töhfə verəcək bir çox sahə olduğunu üzə çıxarmaq idi. Layihə çərçivəsində Nərimanov rayonu 36 nömrəli məktəbin şagirdləri və Xətai rayonu 55 nömrəli məktəbin eşitmə və danışma məhdudiyətli şagirdləri əməkdaşlıq etmişdir. Layihə çərçivəsində bir çox görüşlər keçirilmiş məhdudiyyətli dostlarımızın cəmiyyətə adaptasiyası olmasına, kitaba, mütaliəyə marağının artmasına onların digər həmyaşıdları ilə ünsiyyət qurmalarına zəmin yaradılmışdır. Bununla bağlı 36 nömrəli məktəbdə layihənin hesabat xarakterli tədbiri keçirildi. Tədbirdə gənc yazıçı Orxan Adıgözəl və Paravelosipedçilər İctimai Birliyin sədri Amid Həsənquliyev iştirak etdi. Tədbir zamanı məhdudiyyətli dostlarımız tərəfindən öz əl işləri olan paltarların nümayişindən ibarət olan moda dəfiləsi və onların rəsm əsərlərinin sərgisi keçirildi. Sonda layihə çərçivəsində iştirak edən bütün şagirdlər təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırıldı.