"Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması"na, dair dərs
Azərbaycan Respublikası təhsil nazirinin 13 mart 2019-cu il tarixli F-127 nömrəli əmri ilə "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması"na, dair 2019-2020-ci illər üçün Tədbirlər planının icrasına dair Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilmişdir. Bu plana ,əsasən, məktəbin 7 b sinfinin rəhbəri Qocayeva Gülbəniz bir dərs saatını sözügedən mövzuya həsr etdi. Şagirdlər dərs əsnasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması , alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında məlumatlılığın artırılması ilə bağlı hazırlanmış təqdimatlar vasitəsilə çoxsaylı səmərəli biliklər əldə etdilər.