OCEP
“Olimpiya Mədəniyyət və Təhsil Proqramı” çərçivəsində seçilmiş məktəblər arasında Avropa gənclərinin 15-ci Yay Olimpiya Festivalına həsr olunmuş tədbirlər davam edir. Bu gün 7b sinif şagirdləri "Azərbaycan və Kosovo dövlətinin münasibətləri" mövzusu ilə bağlı tədbir təşkil etdilər. Tədbirdə hər iki dövlətin siyasi-iqtisadi əlaqələrindən bəhs olunarkən şagirdlər tərəfindən dövlətlər və onların tarixiylə bağlı dolğun məlumatlarla zəngin olan təqdimatlar edildi.