Narkomaniya ümumbəşəri bəladır
Məktəbin 9-10- cu siniflərinin iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Nərimanov rayon Polis İdarəsinin rəisi- polis polkovniki Vaqif Müslümov və köməkçisi - polkovnik leytenant Vəli Abbasov, Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmə rəisi- polis polkovnik leytenantı Ruslan Hüseynov, iştirak etdilər . Tədbirin əvvəlində Nərimanov rayon Polis İdarəsi tərəfindən xüsusi hazırlanmış dünyada tüğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olundu. Daha sonra mövzu ətrafında diskusiyalar aparıldı.