Yaşıl bufet
7d sinfi "Yaşıl Bufet" layihəsini həyata keçirdi. Bufetdə şagirdlərin qida və rəsm sərgisi keçirildi. Cəfərquliyeva Çiçək və Rzayev Elvin sağlam qidalanma haqqında çıxış etdilər, daha sonra isə şagirdlər yaşıl süfrə arxasında əyləşdilər. Sonda sinif rəhbəri Məhərrəmova İradə sağlam qidalanma haqqında danışdı, şagirdlərə daha çox meyvə , tərəvəz və ekoloji cəhətdən təmiz qida məhsullarına üstünlük vermələrini məsləhət gördü.