Xocalı əsrimizin faciəsi

25.02.2016-cı il tarixində Novruzov qardaşları adına 36 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri Zeynalova Vəfa və Aslanbəyli Zülfiyyə müəllimlərin təşkilatçılığı ilə "Xocalı əsrimizin faciəsi" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə 5b, 6b və 8c sinif şagirdləri ürək ağrıdan, qan donduran çıxışları və tamaşaları ilə zalda oturanları təsirləndirdilər. Şagirdlər sanki bu faciəni öz gözləri ilə görüb canlandırırdılar. Onlar Xocalı faciəsini təkcə bir şəhərin deyil, bütövlükdə insanlığın faciəsi olduğunu çatdırmağa çalışdılar. Xocalı faciəsini əks etdirən videoçarxlar nümayiş etdirildi. Daha sonra Tarix müəllimi Cəfərova Səbinə Xocalı faciəsi haqda məlumat verdi. Tədbirin sonunda çıxış edən məktəbin direktoru İradə Babayeva belə tədbirlərin tariximizin yaşadılması, milli faciələrimizin unutdurulmaması baxımından əhəmiyyətini xüsusi vurğuladı və ədəbi-bədii kompozisiyanı hazırlayanlara öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi