"Valideynin məktəbdə bir günü" layihəsi

Müasir məktəb şəxsiyyətin formal təhsil alması üçün deyil, həm də hərtərəfli inkişaf etməsi üçün yaradılmış mühitdir. Valideynlər övladlarının təhsilində öz rollarını dərk edib-etməməsindən asılı olmayaraq mühüm rol oynayırlar. Valideynlərin əksəriyyəti övladlarının təlim, təhsil və inkişafında yardımçı olmaq istəsə də bunu necə etməli olduqlarını bilmirlər. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən şəhərin bütün ümumtəhsil məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilir. Belə ki, 22.02.2019-cu il tarixində Bakı şəhəri Novruzov qardaşları adına 36 №-li tam orta məktəbdə belə bir görüş təşkil edildi. Rəsmi açılışdan sonra valideynlər məktəbin iş rejimi və infrastrukturu ilə tanış edildi. Övladlarının keyfiyyətli təhsil alması üçün fəaliyyətdə olan zəngin kitabxananın, fənn kabinetlərinin, sağlamlıqlarını qoruyan tibb otağının, istirahətlərini və sağlam qida ilə təmin edilən bufet və istirahət guşələrinin şahidi oldular. Məktəbin dəhlizində istedadlı şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Daha sonra bütün siniflərdə təşkil olunmuş nümunəvi dərsləri müşahidə etdilər. Sonra valideynlərin maarifləndirilməsi üçün müxtəlif mövzularda seminarlar təşkil edildi. Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii-kompozisiyanın nümayişi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi