Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin nümayəndələrinin şagirdlərlə maarifləndirici görüşü
Bakı şəhəri Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə 14.02.2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin nümayəndələri məktəbin şagirdləri ilə görüş keçirdi. Görüşdə şagirdlər və müəllimlər iştirak etdilər. Məqsəd təbii fəlakətlər zamanı nə kimi tədbirlər görmək və təhlükəsizlik qaydaları haqqında şagirdləri məlumatlandırmaq idi.