Şagirdlərin əl işlərindən ibarət təşkil olunan sərgi
Bu gün məktəbimizin foyesində öz əl işləri ilə yadda qalan şagirdlərimizin növbəti sərgisi təşkil olundu. Sərginin mövzusu Həmrəylik günü və Yeni illə bağlı idi. Şagirdlər öz düşüncə və təxəyyüllərini əl işlərində canlandırmışdılar. Bu sərgi şagirdlərimizdə böyük ruh yüksəkliyi yaradaraq onları əməkdaşlığa sövq etdi. İzləyicilər tərəfindən maraqla qarşılanan sərgi bir həftə davam etdiriləcək.