Qala Arxeoloji Etnoqrafik Tarix Muzey Kompleksinə ekskursiya

      Həftəsonu 6b sinif şagirdləri sinif rəhbərləri ilə Qala Arxeoloji Etnoqrafik Tarix Muzey Kompleksinə ekskursiya etdilər. Gəzintinin məqsədi Azərbaycanin qədim dövrünə aid mədəniyyət abidələri ilə şagirdlərin yaxindan tanisligini təmin etmək və ölkəmizin qədim tarixi diyar olduğunu əyani şəkildə şagirdlərə aşılamaq idi. Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olublar.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi