19 yanvar 2016-cı il tarixində Novruzov qardaşları adına 36 №-li tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Bağıyeva Aytən tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz məktəbin şagirdlərinə verildi. Tarix müəllimi Hüseynova Zəminə tarixi çıxış etdi. Qanlı 20 Yanvar faciəsini əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirildi. Tədbirdə məktəbimizin adını daşıdığı Azər və Natiq Novruzov qardaşlarının anası Lətifə Novruzova və Millixəbər.az İnformasiya portalının baş redaktoru Zamin Zeynal iştirak edirdi. Tədbirin sonunda məktəbin direktoru İradə Babayeva çıxış edərək qanlı faciə haqda məlumat verdi və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.