Bayraq günü
Bu gün bizim qürur duyduğumuz tariximizin daha bir önəmli səhifəsini yaşayırıq. Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzlərindən olan Dövlət Bayrağımız bu gün 100-cü yaşını yaşayır. Bu münasibətlə 8 noyabr 2018-ci il tarixində məktəbimizdə təntənəli tədbir keçirildi. Şagirdlər qürur mənbəyimiz olan bayrağımız haqda şeirlər, ifalar və səhnəciklər nümayiş etdirdilər. Tədbir izləyicilər tərəfindən böyük maraqla qarşılandı və alqış sədaları altında sona çatdı. Həmçinin məktəbimizin kitabxanasında Bayraq Gününə həsr olunmuş qeyri ənənəvi dərslər də təşkil olundu.