Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları
26 sentyabr 2018-ci il tarixində Bakı şəhəri 283 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin “Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları”adlı layihənin ilk təlimi baş tutdu. Layihə çərçivəsində təlimlər Bakı şəhər Nərimanov və Binqədi rayonlarında təşkil olunması və mütamadi olaraq, layihənin davamlılığı üçün, Rəqəmsal Təhsil və Multimediya Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Təlim hər qrupda 3 gün davam etdi. Sonda isə təlim iştirakçıları sertfikatla təltif olundu.