1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Ulu öndər Heydər Əliyev: Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu münasibətlə Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə bayram tədbiri təşkil edildi. Tədbiri şagirdlərimizin rəqs nömrələri və ifaları daha da maraqlı etdi.