Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə 2-ci Qrant müsabiqəsinin qalibi

Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə 2-ci Qrant müsabiqəsində “Şagirdlərin oxu bacarıqlarının inkişafı” adlı layihənin qalib gəlməsi münasibətilə Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağıyeva Aytən Babək qızını bütün şagird və müəllim kollektivi adından təbrik edirik. Uğurlarının davamlı olmasını diləyirik.

 Layihənin əsas məqsəd və vəzifəsi ibtidai sinif şagirdlərinə mütaliənin əhəmiyyətinin aşılanmasıdır. İbtidai sinif şagirdlərində mütaliə vərdişlərinin formalaşdırılması, sinifdənxaric oxunun səmərəli təşkili, şagirdlərdə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi, onların müntəzəm və sistemli mütaliə edən fərdlər olaraq yetişdirilməsi üçün motivasiya xarakterli fəaliyyətlərinin həyata keçirilməsi layihənin əsas məqsəd və vəzifələri sırasındadır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi