Xalqa bağışlanmış ömür
Heydər Əliyev – bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider!. Azərbaycan xalqı hər zaman onu qürur və fəxarətlə anacaq və qəlbində yaşadacaqdır. Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirə Ağsaqqallar Şurasının üzvləri də dəvət olunmuşdu. Ulu Öndərin keçdiyi həyat yoluna həsr olunmuş tədbirdə tarixçilərimizin yaddaqalan çıxışları, maraqlı ifalar, poeziya dəqiqələri sanki izləyiciləri keçmişə səyahətə aparırdı. Məktəbimizdə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.