“Milli - mənəvi dəyərlərimiz milli sərvətimizdir” mövzusunun müşavirəsi
Xalqın öz milli ruhunun, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda inkişaf etdirib gələcək nəsillərə çatdıranda o xalq böyük və qüdrətli olur. Azərbaycan xalqının məişətində özündə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənət-xalça sənətidir. Xalçaçılıq Azərbaycanın ən qədim dekprativ-tərtib sənət növlərindən biridir.XVI-XVII əsrlərdə, Səfəvilər dövrü Azərbaycanın xalçaçılıq sənətinin ən coşqun inkişaf mərhələsi olmuşdur.Azərbaycanda xalçaçılıqla əsrlər boyu qadınlar məşğul olmuş, bu sənəti məhəbbətlə özlərindən sonra gələn nəsillərə ğyrətmişlər. Texniki və bədii xüsusiyyətlıərinə görə, Azərbaycanın xovsuz və xovlu xalçalarını 4 növə bölmək olar:1. Quba-Şirvan xalçaları2. Gəncə- Qazax xalçaları3. Qarabağ xalçaları4. Təbriz xalçalarıBu gün məktəbimizdə "Mİlii -mənəvi dəyərlərimiz milli sərvətimizdir" mövzusunda tədbir keçirildi.Məktəbimizin "Əməkdar müəllimi" Hüseynova Solmaz Cəbrayıl qızı çıxış edərək " Qarabağ" növlü xalçaları haqqında danışdı və onlardan bir neçəsini nümayiş etdirdi. O, həmçinin qeyd etdi ki, "Bu xalçalar yalnız yaraşıq məqsədi daşımamışdır, məişətdə onlar böyük əhəmiyyətə malik olmuşlar. Elə indi də əldə toxunan xalçalar azərbaycanlı evlərinin yaraşığıdır. Bizim xalçalar dünyanın ən nüfuzlu muzeylərində saxlanılır."