Sonunu düşünməyən igidimiz- şəhid Mahir Mirzəyev
Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir, qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin aprel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Sonunu düşünməyən igidimiz- şəhid Mahir Mirzəyev də aprel hadisələri zamanı şücaətlə döyüşərək, qəhrəmanlıqla şəhid olmuşdur. Fəxri məzunumuz- Mahir Mirzəyevin şəhadətindən iki il ötür. Bu səbəblə də məktəbimizdə “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda anım tədbiri keçirildi. Şagirdlərə Mahir Mirzəyevin həyatı ilə bağlı sənədli film nümayiş etdirildi.