Reproduktiv sağlamlığın tədrisi
20 fevral 2018-ci il tarixində məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Reproduktiv sağlamlığın tədrisi” mövzusunda VI siniflərdə təhsil alan qızlarımız üçün seminar keçirildi. Seminarda şagirdlərə videoçarx nümayiş etdirilərək yeniyetməlik dövründə orqanizmdə baş verən prosseslər, onların buna fizioloji və psixoloji hazırlığı, həmçinin sağlam həyat tərzi haqda dəyərli məlumatlar verildi.