“Hüquqlarımızı tanıyaq və qoruyaq!”
Mən bu yazıya ilk əvvəl ümumilli liderimiz Heydər Əliyevin sozləri ilə başlamaq istəyirəm. "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyyə ediriksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan aslı olacaqdır."Doğrudanda belədəir. Bizim cəmiyyətin inkişafın əsasını uşaqlar təşkil edir.Həmişə qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi yetişməsi hər bir dövlətin başlıca vəzifəsidir. 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyası tərəfindən təşkil olunan Qadınların Beynalxalq Konfransında uşaq hüqüqlarının təmin edilməsi ilə bağlı bir sıra təklifləri ilə bağlı sürünmüş və qəbul edilmişdir. Məhz elə həmin tarixdən etibarən 1 iyun "Uşaqların Beynalxalq Müdafiəsi Günü kimi qeyd olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycan Respublikasında da qeyd edilir.