“Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur aksiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur aksiyaları keçirilir. 16 noyabr 2017-ci il tarixində növbəti tur- aksiyada rayon məktəblərinin ən qabaqcıl, fəal 40 şagirdinin Lənkəran- Masallı- Astara bölgəsinə yolasalınma mərasimi keçirildi və şagirdlər Lənkərana yola düşdü.