Məktəbimizdə Şəhriyarın “Heydərbabaya salam” poemasına həsr edilmiş tədbir keçirildi

Mayın 16-da “İslam Həmrəyliyi ili” çərçivəsində məktəbimizin 7 b sinifində İranda yaşamış Cənubi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması üzrə tədbir keçirildi. Tədbirdə İran ədəbiyyatına da nəzər salındı .Bununla bərabər, İranın milli – mənəvi dəyərlərinə , dövlət rəmzlərinə, tarixinə və coğrafiyasına inteqrasiya edildi. Sonda məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Asiya Səmədovanın Şəhriyara həsr etdiyi “Şəhriyaram mən” şeiri səsləndi: Şəhriyaram mənBöldülər vətəni məmləkətlərəGüneyli, Quzeyli gün batan elə.Çəkdilər sərhəddi Araz boyunca Hördülər tikanlı məftillər ilə.Baxıb güneyimdən Azərbaycana Həsrət qalmışam ayrılan yolaTikanlı yolları keçə bilməyənGözü yaşlı qalan Şəhriyaram mənTəbrizin qoynunda yazıb –yaratdım Azərbaycan deyib solub, saraldım Bakını görməyib nisginli qaldımÜrəyi dağlanan Şəhriyaram mən Süleyman Rüstəməm, Məmməd Arazamİkiyə bölünən AzərbaycanamQərib yurdda , qərib eldə ağlayanVətəndən ayrılan Şəhriyaram mən !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi