Məktəbimizdə "Yer günü" tədbiri

22 aprel “Yer günü” ilə əlaqədar məktəbimizdə məktəbin direktoru Emilya Səfərəliyevanın açıq məşğələsi təşkil olundu. Məktəblilər tullantıların təkrar emalına dair yeni bilik və bacarıqlara yiyələndilər. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Socar-ın Ekologiya İdarəsinin əməkdaşları da qonaq qismində iştirak etmişlər.Qeyd edək ki, hərtərəfli inkişaf etmək istəyənlər mütləq ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi, yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Bəşəriyyətin müasir yaşayışını ekoloji biliklərsiz təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi