Məktəbimizi bitirmiş şagirdlərimizin əldə etdiyi nailiyyətlər həmişə bizə qürur verir. Belə məzunlarımızdan biri də Kənan Nəzərovdur. O, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda 2024-cü ilin mart və aprel aylarında keçirilən referat yazı müsabiqəsində iştirak edərək Bakı şəhəri üzrə qalib seçilib, sertifikat ilə təltif olunub. Kənanın tarix fənninə olan marağı və analitik düşünmə qabiliyyəti onun bu mövzuda yüksək səviyyəli iş təqdim etməsinə imkan yaratdı. Onun bu uğuru təsadüfi deyil, illərlə formalaşan məsuliyyətli münasibətinin nəticəsidir. Biz fəxr edirik ki, məktəbimizin belə bacarıqlı və istedadlı məzunları var. Kənana gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.