Məktəbimizdə "İlkin tibbi yardım" mövzusunda maarifləndirici tədbir
Məktəbimizin həkimi Lalə Xanverdiyevanın təşəbbüsü ilə akt zalında şagirdlər üçün “İlkin tibbi yardım anlayışları” mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi şagirdlərə qəfil hallarda necə davranmalı olduqlarını, təcili yardım gələnə qədər görüləcək əsas müdaxilələri öyrətmək idi. Tədbir zamanı Lalə xanım şagirdlərə burxulma, sınıq, yanıq, qanaxma, bayılma və digər təcili vəziyyətlərdə ilkin yardımın əhəmiyyəti, təhlükəsizliyin təmin olunması və yardım çağırmaq qaydaları haqqında ətraflı məlumat verdi. Maarifləndirmə tədbiri şagirdlər tərəfindən böyük maraqla qarşılandı və onların sağlam həyat tərzinə dair biliklərinin artırılmasına töhfə verdi.