“Türk Dünyasını birləşdirən körpü: məktəblərarası mədəni telekörpü

Bu gün məktəbimizlə Qazaxıstanın Aktau şəhərində yerləşən Nazarbayev adına İntellektual məktəb arasında telekörpü keçirildi. Telekörpü zamanı “Türk Dünyası: tarix, mədəniyyət və müasir çağırışlar” mövzusunda müzakirələr aparıldı. Tərəflər türk xalqlarının ortaq mədəni irsi, dili və ədəbiyyatı haqqında çıxışlar etdilər. Qazaxıstandan olan şagirdlər milli musiqi alətlərində ifalar təqdim etdilər, eyni zamanda məktəbimizin şagirdləri milli rəqsimizi nümayiş etdirdilər, şeirlər söylədilər. Daha sonra milli mətbəximizdən şəkərbura , paxlava , qoğal haqqında qazax məktəblilərinə geniş məlumat verildi. Bu layihə məktəblər arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın inkişafına xidmət edir.