Komandamız Kosmik Layihənin 3-cü turunda

    Komandamız Kosmik Layihənin3-cü turuna yüksəldi. Azərkosmos və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Kosmik Layihədə komandamız uğurla irəliləyərək artıq 3-cü tura vəsiqə qazanıb. Bu gün növbəti mərhələyə hazırlıq məqsədilə komandamız Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada olub. Burada onlar kosmik sahənin peşəkar mütəxəssisləri ilə görüşüb, yeni biliklər əldə edərək bilik və bacarıqlarını daha da inkişaf etdiriblər. Komandamıza uğurlar arzulayırıq. Növbəti mərhələdə də zirvələri fəth edəcəyinizə inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi