4-cü sinif şagirdləri ilə psixoloji görüş keçirilib

Məktəbdə şagirdlər üçün keçiriləcək monitorinqə hazırlıq məqsədilə 4-cü siniflər arasında psixoloji görüş təşkil olunub. Görüş, məktəb psixoloqunun rəhbərliyi ilə informatika otağında 2 gün ərzində baş tutub.
Görüş zamanı şagirdlərə qiymətləndirmə prosesi haqqında ətraflı məlumat verilib, onların bu proseslə bağlı mümkün narahatlıqları müzakirə olunub və psixoloji dəstək göstərilib. Sessiya zamanı şagirdlərin diqqət və motivasiya səviyyəsini artırmaq üçün müxtəlif metodlardan istifadə olunub.
Bu görüşün məqsədi şagirdlərin imtahan və monitorinq zamanı stressini azaltmaq, onların daha diqqətli və məsuliyyətli yanaşmalarına kömək etmək olub.