Yaşıllaşdırma aylığı
Ətraf mühitə və yaşıllıqlara qayğı ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları, eyni zamanda Heydər Əliyev Fondunun vitse –prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynalxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın Layihəsinə uyğun ölkəmizdə “Ümumrəspublika yaşıllaşdırma” marafonuna start verilmişdir. “Əkiblər yemişik, əkərik yeyərlər” Atalar məsəli var. Bir ağac əkən, onu böyüdən, ona qulluq edən hər bir insan özünə və övladlarına sağlam həyat bəxş edir. 2014-cü ilin noyabr ayında start verilmiş “Ümumrespublika yaşıllaşdırma” marafonu davam edir. Bu nəcib işin əsas məqsədi yaşıllıqların qorunması , yeniyeni ağacların və gül kollarının əkilməsi, ətraf mühitin mühafizəsinin təşkil edilməsidir. Bakı şəhəri, N.Nərimanov rayonu, Novruzov Qardaşları adına 36 N-li məktəbdə yaşıllaşdırma işlərinə başlanılmışdır. Məktəbimizin yerləşdiyi, H.Əliyev küçəsinin kənarlarındakı aöacların və kolların dibləri boşaldılmış və gövdələri ağardılmış. Məktəbin ərazisində 30-a qədər bəzək ağacları və kolları ekilmişdir. Ərazidə olan şam, küknar,tut,heyva və başqa ağacların qurumuş budaqlar budanmış, dibləri yumşaldılmış, gövdəsi cücülərdən qorumaq üçün əhənqlə qğardılmışdır. Məktəb ərəzisi və məktəbdaxili iməclik yolu ilə 09.05.2015-ci il tarixdə təmizlənmiş, səliqəyə salınmışdı. Bu iş davam etdirilir. Çalışırıq ki, ölkəmizə gələn hər bir xarici ölkə vətəndaşının xatirində, ölkəmiz, gözəl, təmiz, yaraşıqlı bir ölkə kimi xatırlasın.