Novruz Bayramı
Novruz Bayramında Türk dünyası bahar fəslinin gəlişini, yəni təbiətin oyanışını qeyd edir. Bu bayram həm də xalqımızın milli - mənəvi dəyərlərini özündə cəmləşdirən müqəddəs bayramdır.Kökü ta qədimlərə gedib çıxan novruzda həm də bütün insanlar birləşir, küsülülər barışır, köhnə ilin ağırlığı odda yanıb məhv olur. Bu yaz bayramı bol - bərəkət rəmzidir, od isə atəşpərsliyə işarədir.Təsadüfi deyil ki, ölkəmiz odlar yurdu adlanır. Hər yerdə gülüş, sevinc, xoş əhvali-ruhiyyə müşahidə olunu. Böyüklü-kiçikli hər kəs bu bayramın təmtərahlı qeyd olunmasına çalışır. Elimizi səməni, süfrələrimizi cürbəcür milli şirniyatlar: şəkərbura,paxlava,qoğal bəzəyir. süfrəyə düzülən hər nemətin öz rəmzi mənası olur. Bir sözlə novruz bayramı dünyanı heyrətə salan və hamını birliyə çağıran, müqəddəas adətlərimizi özündə birləşdirən bayramdır.