2 Mart –Ümumdünya Ucadan Oxu Günüdür.
2 Mart –Ümumdünya Ucadan Oxu Günüdür.Ümumdünya Ucadan Oxu Günü Söz, Kitab, Mütaliə bayramıdır. Bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərməkdir.Bu aksiyada iştirak etməklə insanlar dünyadakı bütün uşaqların savad alma hüququnu dəstəkləyirlər. Şagirdlərə Ümumdünya Ucadan Oxu Günü haqqında məlumat verildi. Onlarla günün məqsəd və önəmi barədə söhbət aparıldı. Sonra şagirdlər öz dostlarına Cəfər Cabbarlının “Mənsur və Sitarə”, Cəlil Məmmədquluzadənin “Poct qutusu” hekayələrini oxudular.