"Memorial Soyqırım Muzeyi"nə ziyarət
Bu gün məktəbimizin şagirdləri "Memorial Soyqırım Muzeyi"nə ziyarət etdilər. Onlara muzeydə "Xocalı Soyqırım"ı barəsində, unudulmaz "Milli Qəhrəman" Mübariz İbrahimov haqqında qısametrajlı sənədli film də təqdim etdilər. Daha sonra məktəblilər muzeyin əməkdaşı tərəfindən, eksponatlar vasitəsilə tarixi həqiqətlər haqqında məlumatlandırıldılar.