Bir ömrə sığmayan 44 gün
Bir ömrə sığmayan 44 gün- Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. 27 sentyabr Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə son qoyulduğu gündür. Məhz həmin gün tarixi qələbəmizin təməli qoyuldu. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərməklə yanaşı ölkəmizin qələbəsi ilə başa çatdı.
Lakin zəfər asanlıqla qazanılmadı. Minlərlə igid vətən övladları öz qanı-canı bahasına ölkəmizin bütövlüyünü bərpa etdilər. Yüzlərlə oğullarımız bu şərəfli yolda şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimizin əziz xatirəsini daima qəlblərdə yaşatmaq məqsədilə Anım günü məktəbimizdə müəllim və şagird kollektivi tərəfindən hörmətlə və qürurla anıldı.