Müəllimlik müqəddəs peşədir

Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul edilib. Dövrünə görə, təhsilin prioritet sayılan hansı istiqamətindən danışırıqsa-danışaq, fikir və mülahizələrimizin son dayanacağında yenə də Müəllim amili dayanır. İnsana ədəb, mərifət, savad öyrətməklə onu formalaşdırıb cəmiyyətdə müstəqil həyata hazırlamaq, inkişaf yoluna yönəltmək, dəyərli və məhsuldar vətəndaşa çevirmək peşəsi, yəni müəllimlik, əslində, canlı möcüzə yaratmaq sənətidir. Məktəbimzdə canlı möcüzə yaradan əməkdar müəllim Solmaz Hüseynova Rusiya Federasiyasında  keçirilən “Русский язык в Азербайджане-новые горизонты”  adlı inşa müsabiqəsinin qaliblərindən biri olub. Solmaz xanımı ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi