"Qazaxıstanla görüş" adlı tədbirimiz

18 may 2023-cü il tarixdə Milli Olimpiya Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan OCEP proqramı üzrə dost ölkə Qazaxıstanı təmsil edən məktəbimizdə “Qazaxıstanla görüş” adlı tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva, Milli Olimpiya Komitəsinin nümayəndəsi, Qazaxıstanın Azərbaycandakı səfirliyinin I müavini Bektaş Kayranov, ailəsi və səfirliyin digər üzvləri, Nərimanov rayon İcra başçısının I müavini İradə Mahmudova, millət vəkilləri- Fəzail Ağamalı, Ülviyyə Həmzəyeva, ağsaqqallar şurasının nümayəndələri, məktəbin fəxri məzunu – Günay Ağamalı və digər fəxri məzunlar, Fiyuzat jurnalının redaksiya heyəti, məktəb direktorları iştirak ediblər.  Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət “Qazaxıstan motivləri” adlı rəsm sərgisinin nümayişindən sonra qonaqlar oranjeriyadan keçərək məktəbin daxili həyətində qurulan “Qazax yurtası”na daxil olublar. Daha sonra Qazax xalqının ən qədim və yaşar adəti olan “Tusau Kəsər” uşağın ilk addımının uğurlanması həyata keçirildi. Hər iki xalqın qədim idman növü olan oxatma komandamızın yarışı izlənilib. Bədii hissədə məktəbimizin və Nazarbayev adına intellektual məktəbin şagirdlərinin rəqs kollektivi, şagird xoru, xalq çalğı alətləri ansamblı iştirak edib. Tədbirin sonunda üçrəngli bayrağımız böyük qürurla məktəbimizin şagirdləri tərəfindən açılıb. Məktəbin direktoru Gülnarə Cəfərovaya Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşəkkürnamə təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi