Qazaxıstandan gələn qonaqlarımız

OCEP layihəsi üzrə qardaşlaşdığımız Qazaxıstan dövlətinin Aktau şəhərinin Nazarbayev adına intellektual məktəbinin bir qrup müəllim və şagird heyəti layihənin davamı olaraq ölkəmizə gəliblər. Məktəbimizin bir necə müəllim və şagirdi qonaqlari Heydər Əliyev adina hava limanında qonaqları qarşılayıblar. Səfərlərinin ilk günündə onlar məktəbimizin direktoru Gülnarə xanım Cəfərova, direktor müavinləri, müəllim və şagirdlərimizlə birlikdə Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanin məzarlarını və şəhidlər xiyabanını ziyarət edərək gül dəstələri qoyublar. Daha sonra qonaqlar şəhərimizlə yaxindan tanış olublar. Mədəni irsimiz sayılan "Qiz qalası" və Şirvanşahlar sarayı qonaqların böyuk marağına səbəb olub. Günun sonunda qonaqların şərəfinə ziyafət təşkil olunub. Milli mətbəximizin təamları, musiqimiz qonaqlara unudulmayacaq bir gün yaşadıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi