“Ulu Öndər Heydər Əliyev” mövzusunda müəllimlərimiz arasında keçirilən Breyn Rinq

Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 – cü ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev” mövzusunda müəllimlərimiz arasında Breyn Rinq keçirilib. Əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri öz çıxışı ilə açıq elan edən məktəbin direktoru Gülnarə Cəfərova bildirib ki, fenomen tarixi şəxsiyyət olan dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmlənib. Hazırda Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına davam etdirilir ki, bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir. 
Daha sonra yarışmaya start verildi. 3 mərhələli 5 komanda şəklində keçirilən yarışda suallar bütün həyatını Azərbaycan Respublikasının gələcək inkişafına sərf edən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı olub. Yarışmanın bütün mərhələləri Heydər Əliyevin həyat və fəaliyyətinə daha dərindən bələd olan, ağsaqqallar şurasının üzvləri Həmid Cəfərov, Arif Hümbətov, Sücəddin Abdullayev, İftixar Həsənov və məktəbin direktoru Cəfərova Gülnarə, təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşidova İradə, HİK-in sədri Mahmudova Aidə tərəfindən qiymətləndirilib, qalib komandanın üzvləri sertifikatlarla təltif olunub. 
Sonda Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi