“Sağlam həyat” günlərinə start verilib
Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verib. 14 yaş qrupunda Nərimanov rayonun nümayəndələri, idman geyimində, Qış Parkında, Az.Dramanın qarşısında, quraşdırılan xüsusi zonalarda özlərini sınayırlar.
Əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği olan “Sağlam həyat” günlərində qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") üzrə müvafiq normativləri yerinə yetirənlərə “qızıl“, “gümüş“ və “bürünc“ stikeri olan sertifikatlar təqdim olunub. Məktəbimizin şagirdləri “qızıl“ stikeri olan sertifikatlara layiq görülüb.