Kimya fənnindən keçirilən nümunəvi dərs
Məktəbimizin çalışqan müəllimlərindən olan Rzayeva Gülçöhrə dərs dediyi 7c sinfində kimya fənnindən nümunəvi dərs nümayiş etdirib.
Maraqoyatma birbaşa sadə təcrübə ilə başladı. Tədqiqat 2 qrupda aparıldı. Bir qrupda şagirdlər sınaq şüşəsinə bir qədər sulfat turşusu töküb üzərinə sink metalı əlavə edərək hidrogen qazını aldılar. Digər qrupda isə şagirdlər bir qədər su üzərinə litium metalı əlavə edib reaksiya apardılar.
Hər qrup apardığı təcrübənin nəticələrini təqdim etdi.