Maraqlı keçən açıq dərs

Bu gün 9c sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi. Dərsə M.Ə. Sabirin “Kim nə deyər bizdə olan qeyrətə?!” şeirindən iki bənd oxunmaqla başlanıldı. Daha sonra “Dərman” və “Ümid məktəbi” şeirləri oxundu. Tədqiqat sualından sonra şagirdlər qruplara bölünərək tapşıqrıqları yerinə yetirdilər. Şagirdlərə Bəxtiyar Vahabzadə və Mirzə Ələkbər Sabirin şeirlərinin müqayisəli təhlilini aparmaq tapşırıldı. Təlim məqsədinə uyğun olaraq qiymətləndirmə aparıldı. Şagirdlər fəal iştirak etdilər.