Kitab oxumaq niyə vacibdir
Oxumaq söz ehtiyatımızı təbii olaraq genişləndirir, çünki oxuduqca naməlum sözlərin mənasını kontekst vasitəsilə başa düşürük və bu sözlər bir neçə dəfə kitabda qarşımıza çıxırsa, hafizəmizdə möhkəmlənmiş olur. Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır. Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir.
Bu məqsədlə məktəbimizin kitabxanaçıları Xanım İmanova və Nərgiz Nəsirova səylə çalışır.