3 mart -“ Ümumdünya Vəhşi Təbiət Günü” olduğunu bilirdiniz?!
1973-cü ildən bəri təqvimdə 3 mart -“ Ümumdünya Vəhşi Təbiət Günü” olduğunu bilirdiniz?!
Şagirdlərimizə təqvimin bu gününün mahiyyətini açıqlamaq üçün məktəbimizin biologiya müəllimi İlhamə İsmayılzadə VI siniflərdə maarifləndirici dərs keçdi. Bu günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır. Şagird təqdimatları izlənildikdən sonra maraqlı diskussiya keçirildi. Sevindirici haldır ki, şagirdlərin hamısı təbiəti sevməyin və onu qorumağın bir borc olduğunu dərk edirlər.