Russkiy Dom tərəfindən mükafatlandırılan şagirdlərimiz

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin, "Russkiy Dom"un və Rus dilli pedaqoq və rus dilli təhsil ocaqları assosasiyasının təşəbbüsü ilə Milli Elmlər Akademiyasının kitabxanasında keçirilən"Kitablar, yazıçılar və yubiliyarlar 2022" bədii qiraət müsabiqəsində məktəbimizin Əməkdar müəllimi Solmaz Hüseynova və məktəbimizin 6d sinif şagirdləri Orucova Yetər, Qiyaszadə Məryəm və Yusifoba Gülyetər də bu müsabiqədə iştirak etmişdir. Şagirdlərimiz müsabiqədə  Korney Çukovskinin "Krokodil" şeirini səhnələşdirərək təqdim etmişlər. Bu müsabiqəyə yalnız Bakı şəhərindən deyil regionlardan da iştirakçılar qatılmışdı. Məktəbimizin şagirdləri müsabiqədə iştirakına görə "Russkiy Dom" tərəfindən iştirakçı sertifikatları ilə mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi