Zəlzələ zamanı necə davranmalı
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Bu məqsədlə 2a və 2b siniflərində maraqlı maarifləndirici dərs keçirilmişdir. Şagirdləri zəlzələdən öncə, zəlzələ anında, zəlzələdən sonra davranış qaydaları haqqında məlumatlandıran müəllimlər həmçinin zəlzələ çantalarının hazırlanmasını, ətrafımızda, evimizdə təhlükəsiz yerlərin müəyyən edilməsini də şagirdlərə öyrətmişlər.