Qəhrəmanlıq salnaməsi

LIBRAFF kitab evinin Gənclik Mall filialında Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim edilib. Tədbirdə ictimai xadimlər, ziyalılar, müsabiqə iştirakçıları, şəhid ailələri, qazilər və məktəbimizin müəllimləri iştirak ediblər.
 “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin keçirilməsi, eləcə də müsabiqəyə təqdim olunan seçilmiş yazıların nəşri şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsidir. Kitabda toplanan məqalə, esse və hekayələrdə təqdim olunan qürurverici qəhrəmanlıq nümunələri gələcək nəsillərə Vətən yolunda fədakarlığın parlaq örnəklərini yadigar qoyacaq. Vətən yolunda şəhid olan qəhrəmanlarımızı xatırlamaq nə qədər hüznlüdürsə, bir o qədər qürurvericidir. Çünki şəhid və qazilərimiz bizə parlaq bir zəfər əmanət qoydular. Biz bu qələbəni sarsılmaz Dövlət–Xalq–Ordu birliyi ilə qazanmışıq. Vətən müharibəsi bu birliyin nə qədər önəmli olduğunu bizə açıq şəkildə göstərdi”.
Daha sonra tədbirdə çıxış edənlər – “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, Vətən müharibəsi iştrakçısı, jurnalist İsmayıl Yaşaroğlu, ilahiyyatçı-yazar Ağa Hacıbəyli, müsabiqə qalibləri, həmçinin şəhid ailələri və qazilər belə fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndirdilər. 
Ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. 90-a yaxın yazı nümunəsi seçilərək toplu şəklində nəşr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi