"Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi" layihəsinin bağlanış mərasimi


Təhsildə İnkişaf və  İnnovasiyalar üzrə  VI Qrant müsabiqəsində məktəbin psixoloqu Ofelya Qasımovanın rəhbərliyi ilə  həyata keçirilərək qalib olmuş "Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi" layihəsinin bağlanış mərasimi həyata keçirilmişdir. Mərasimə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TDM -nin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, Psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Safixanov, təhsil eksperti Ramil Süleymanov təşrif buyurmuşlar. Bağlanış tədbirində başda məktəbin direktoru Gülnarə Cəfərova olmaqla, müəllim heyəti, məktəbin şagirdləri, xüsusilə, ev təhsilli uşaqlar və onların valideynləri də iştirak edənlər sırasında yer almışdır. 
Layihə ilə bağlı görülən işlərin hesabatı, qonaqların çıxışları  təqdim olunmuş, layihə boyunca aparılan işlərin qısa videoçarxı da nümayiş etdirilmişdir. Həmçinin layihədə iştirak edən uşaqlardan və valideynlərdən ibarət olan,  "layihə haqqında təəssüratlarınız" adlı əlavə bir videolent də qonaqlara təqdim olunmuşdur.
Tədbir boyu ev təhsilli uşaqlar tərəfindən şeirlər səsləndirilmiş, rəqslər nümayiş olunmuşdur.
Sonda isə ev təhsilli uşaqlara fəal iştirakları üçün sertifikatlar təqdim olunmuşdur. Eyni zamanda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilmiş və furşet masası təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi