Qüruba qarşı

Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə böyük mütəfəkkir,şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş"Qüruba qarşı"adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri tərəfindən Hüseyn Cavid yaradıcılığına həsr olunmuş kompozisiyalar nümayiş etdirilib.
  Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bütün Cavidsevərlərin müqəddəs arzusunu reallaşdıran Cavidin cənazəsinin qalıqlarını Azərbaycana gətirən Həmid Cəfərov  85 illik yubileyinin qeyd olunması məqsədilə tədbirin fəxri qonağı oldu. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, həmçinin, Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Hüseyn Cavidin həyat yoluna həsr olunmuş video-çarx qonaqlara təqdim olunub.
36 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova və digərləri çıxış edərək böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından, eyni zamanda, 85 illik yubileyi qeyd olunan, 1976-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi vəzifələrində çalışmış Həmid Cəfərovun fəaliyyətindən geniş bəhs ediblər
Ulu Öndər Heydər Əliyevin tapşırığı əsasında dahi sənətkar Hüseyn Cavidin nəşinin qalıqlarını uzaq Sibirdən Azərbaycana gətirən Həmid Cəfərov nitq söyləyərək bu tarixi hadisədən ətraflı bəhs edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi