Evdə təhsilə cəlb olunmuş şagirdlərimizin məktəbə olan sevgisi
Təhsil almaq hər bir uşağın hüququdur. Lakin bəzi uşaqlarımız çox təəssüf ki, sağlamlıq baxımından evdə təhsil almaq məcburiyyətindədirlər. Lakin məktəbə, sinif yoldaşlarına olan məhəbbət onları məktəbə gəlməyə sövq edir. Evdə təhsilə cəlb olunmuş şagirdlərimizdən olan 8c sinif şagirdi Əlizadə Eyvaz və 6c sinif şagirdi Abbaslı Nail həvəslə dərslərdə iştirak edirlər.