VI Qrant layihənin bağlanış mərasimi

Məktəbimizdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalarüzrə VI Qrant müsabiqəsi çərçivəsində "Virtual aləmə səyahət" klubu layihəsinin bağlanış mərasimi keçirilib. 

Tədbirdə çıxış edən layihə rəhbəri Aytən Bağıyeva İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolunun orta məktəbdən başlandığını bildirib. Qeyd edib ki, peşəkar və səriştəli müəllimlər yeniliyə meyilliliyi, pedaqoji prosesə yaradıcı yanaşması ilə seçilməlidir: Layihəmizin başlıca məqsədi VR yeni və daha maraqlı öyrənmə üsulları təqdim etməklə şagirdləri daha innovativ və ağıllı ideyalar təklif etməyə, yaradıcılığa həvəsləndirməyə sövq etməklə müasir texnologiyalardan tədris mühitində səmərəli istifadəyəistiqamətləndirmək, istedad və qabiliyyətlərini daha müasir avadanlıq və texnologiyanın tətbiqi ilə müəyyənləşdirməkdən ibarətdir. 

Tədbirə bir çox ziyalı insanlar qonaq gəlmişdir:

1.Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusupov

2.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf Layihləri üzrə sektorun baş məsləhətçisi Sevinc Əzimova.

3.Azərbaycan Texniki Unversitetinin Rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşhad Əliyev.

4. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlqalır üzrə meneceri  və İctimai televiziyada yayımlanan itvtech verilişinin  aparıcısı Vüsalə Səid Əyyubqızı. 

5.Təhsilverənlərin peşəkar öyrənmə icması olan MIE Azərbaijan  MMMC-nin təsisiçi və direktoru Mehriban Ziya

6. Azərbaycan yazıçısı, şairi pedoqoq filologiya elmləri doktoru professor Zahid  Xəlil.

7. 291 nömrəli Ekologiya liseyin Təlim Tərbiyə işləri üzrə direktor müavini Günay Çəndirli.

8. 212 nömrəlitam orta məktəbin direktoru Məlahət Rəhimova

9.37 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrədirektor  müavini

10. İTE Azərbaycanın əməkdaşı Cəmalə Bədəlova 

Tədbirin sonunda “Virtual aləmə səyahət” klubu layihəsinin iştirakçıları olan şagirdlər sertifikatlarla mükafatlandırılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi